Mobil versiya
İtkin alpinistlərin axtarışı davam etdirilir
Tarix: 26-01-2018 | Saat: 17:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İtkin alpinistlərin axtarışı davam etdirilir


Xəbər verdiyimiz kimi Quba rayonu ərazisində itkin düşmüş "Gilavar” hava və ekstrim idman klubunun alpinistləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışlarına Türkiyədən dəvət edilmiş mütəxəssislər də cəlb olunub.

"Gilavar” idman klubunun rəhbəri Ziya QasımlıModern.az-a bildirib ki, hələ ki axtarışlar nəticəsiz qalır:


"Hələ ki heç bir yeni məlumat yoxdur. Axtarışların hazırda hansı istiqamətdə davam etdiyi ilə bağlı yaxın günlərdə informasiya veriləcək.

Biz hələ bilmirik, alpinistlərin başına nə gəlib, ya da hazırda hardadırlar. Allahın işidir. Yalnız ümid edirik ki, onlar sağ-salamat geri qayıdacaqlar”.

Qeyd edək ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.
Sonradan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulub.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024