Mobil versiya
13 ildə iki problemli hamiləlikdən sonra ana oldu
Tarix: 22-01-2018 | Saat: 15:36
Bölmə:Karusel / Səhiyyə | çapa göndər





ATU-nun Tədris Cərrahiyyə Klinikasında tibb elmləri namizədi, dosent, mama-ginekoloq Naəvan Axundovanın köməyilə 32 yaşlı qadın 13 il ərzində iki dəfə problemli hamiləlikdən sonra ana olub. N.Axundovanın sözlərinə görə, 32 yaşlı xanım fəsadlaşmış mamalıq anamnezi ilə ona müraciət edib:

“Qadın 13 ildir ailəlidir, övladı yoxdur. 2006 və 2008-ci illərdə 2 problemli hamiləliyi olub. İlk hamiləlik 28 həftəsində, II hamiləlik 29-30 həftəlikdə ölü döllə doğuşla nəticələnib. Hər iki hamiləlikdə dölün hidropsu (dölün bədəninə maye toplanması) və hamiləliyin ağır patologiyalarından biri olan preeklampsiya (arterial təzyiq 180/110 mm.c.süt, sidikdə zülal) baş verib”.

Qadının üçüncü hamiləliyi N.Axundovanın nəzarəti ilə keçib. Nəhayət, bu xnaım 9 yanvar 2018-ci il tarixində doğuş həyata keçirib. Uşağın çəkisi 2800,50 qram, boyu 50 sm-dir. Ana və uşaq kafi vəziyyətdə evə yazılıblar. Qadının ailə üzvləri hamiləliyi əvvəldən sona qədər izləmiş və müvəffəqiyyətlə başa çatdırmış Natəvan xanıma, qeysəriyyə kəsiyi əməliyyatını icra etmiş Arzu İsmayılovaya, neonatoloq Səadət Yaqubovaya, eləcə də ATU Tədris Cərrahiyyə Klinikasının tibb personalına və həkim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024