Mobil versiya
Almaniyada azərbaycanlı ailə 2 nəfəri girov GÖTÜRDÜ – Deportasiya QALMAQALI
Tarix: 19-01-2018 | Saat: 11:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Almaniyada azərbaycanlı ailə 2 nəfəri girov GÖTÜRDÜ – Deportasiya QALMAQALI



Almaniyanın şimali Reyn-Vestafaliya bölgəsinin Qüterslo dairəsində polisin azərbaycanlı ailəni deportasiya etmək cəhdi girov dramına və polisə atəş açılmasına səbəb olub.



Virtualaz.org Almaniya KİV-lərinə istinadən xəbər verir ki, Qüterslo administrasiyası azərbaycanlı ailənin deportasiyasında israr edib. Rayon administratoru Sven-Georg Adenauer bildirib ki, hakimiyyət ailənin müqavimətini gözləyirdi və bu səbəbdən miqrasiya xidmətinin əməkdaşları ötən gün yanvarın 18-də gecə saatlarında onların qaldığı sığınacağa polis və təhlükəsizlik əməkdaşlarının müşaiyəti ilə getmişdi.



Sven-Georg Adenauer bildirib ki, azərbaycanlı mühacirlər bir neçə dəfə Almaniyadan deportasiya olunub, lakin hər dəfə qanunsuz yollarla ölkəyə qayıdıb. Bu dəfə hakimiyyət ailənin deportasiyasında israrlı idi. Çünki məhkəmə qəti qərar çıxarmışdı ki, ailə deportasiya olunsun.



Beləliklə, polis və miqrasiya xidmətinin işçiləri saat 03.30-da ailənin qaldığı sığınacağa gedib. Orada azərbaycanlı ər-arvadla yanaşı ailənin iki yetkinlik yaşına çatmış qızları və bir qonaqları vardı. Lakin polisin bildirdiyinə görə ailə üzvləri güclü müqavimət göstərib və miqrasiya işçilərini müşaiyət edən polislərdən birinin silahını əlindən ala bilib.



Nəticədə bir neçə dəfə atəş açılıb. Polis sığınacaqdan qaça bilib. Ailə sığınacaqda möhkəmlənib və biri təhlükəsizlik xidmətinin əməkdaşı, digəri miqrasiya xidmətinin işçisi olmaqla iki nəfəri mənzildə girov götürüb.



Hazırda ailə girovları mənzildə saxlamaqdadır. Sığınacağa xüsusi təyinatlı polislər yeridilib, lakin hələlik xüsusi təyinatlılar ailəyə müdaxilə etmir. Bildirilir ki, azərbaycanlı qadın özünə bıçaqla xəsarət yetirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024