Mobil versiya
Naxçıvanda baş verən cinayətlərin hamısı açılıb
Tarix: 15-01-2018 | Saat: 11:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Naxçıvanda baş verən cinayətlərin hamısı açılıb


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2017-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizəsi, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri barədə kollegiya iclası keçirilib.

aia.az-ın məlumatına görə, iclasda Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Fazil Ələkbərov çıxış edərək bildirib ki, ötən dövrdə Daxili İşlər Nazirliyi tərəfindən cinayətkarlığa qarşı mübarizədə səmərəliliyin və ardıcıllığın təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, effektiv idarəetmə sisteminin formalaşdırılması və bütövlükdə fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun qurulması məqsədilə mühüm işlər görülüb, cinayətkarlıq minumum səviyyədə saxlanılıb.

Bildirilib ki, hesabat dövründə muxtar respublikada 24 cinayət faktı qeydə alınıb ki, bu da, 2016-cı illə müqayisədə 5 fakt azdır. Cinayətlərin açılması isə 100 faiz təşkil edib. Narkоtiklərin qanunsuz dövriyyəsinin qarşısnın alınması sahəsində də qətiyyətli mübarizə aparılıb. Görülmüş tədbirlər nəticəsində 56.097 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Nazir diqqətə çatdırıb ki, hesabat dövründə yоl hərəkəti təhlükəsizliyinin təmin еdilməsi sahəsində hadisələrin qarşısının alınması məqsədilə texniki sistemlərin tətbiqinə geniş yer verilib, davamlı şəkildə prоfilaktiki tədbirlər həyata keçirilib. Ötən illə müqayisədə qəzaların sayı 7 fakt azalıb. Həmçinin avtоmоbillərin tехniki vəziyyətinə хüsusi fikir vеrilərək хеyli sayda nasaz avtоmaşının istismarına qadağa qоyulub, aşkar оlunan 23 min 174 yоl hərəkəti əlеyhinə оlan inzibati хəta üzrə qanunauyğun tədbirlər görülüb.

Fazil Ələkbərov əhalidə qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata kеçirilən tədbirləri də diqqətə çatdıraraq bildirib ki, ötən il vətəndaşlar tərəfindən 120 ədəd silah, хеyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq pоlis оrqanlarına təhvil vеrilib. Hesabat dövründə 86 nəfər intizam məsuliyyətinə cəlb edilib, 7 əməkdaş isə mənfi motivlərlə xidmətdən xaric edilib.

İclasda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, ictimai asayişin mühafizəsi, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 21 əməkdaşına təşəkkür elan olunub. Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 2018-ci il üçün əsas təşkilati tədbirlər planı müzakirə edilərək təsdiqlənib. Kollegiya iclasına daxili işlər naziri, general-mayor Fazil Ələkbərov yekun vuraraq ötən il ərzində qeydə alınmış nöqsanları diqqətə çatdırıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024