Mobil versiya
Xatirə: “Sənin qeyrətini çəkən lazımdır…”
Tarix: 13-01-2018 | Saat: 15:37
Bölmə:Karusel / Aia TV | çapa göndər

Xatirə: “Sənin qeyrətini çəkən lazımdır…”



Müğənni Xatirə İslam yenə tənqidlərə məruz qalıb.

aia.az qafqazinfo-a istinadən xəbər verir ki, sənətçinin bir neçə gün bundan əvvəl "Bizimləsən" verilişində verdiyi açıqlaması sosial şəbəkələrdə müzakirə olunub.

Xatirənin proqramda "Qardaşım cəbhə bölgəsində əsgərlikdədir. İmkan vermədi ki, kiməsə zəng vurub, yerini dəyişim, tapşırım" - deməsi birmənalı qarşılanmayıb.

Müğənni instaqram səhifələrində tənqid və təhqirlərə məruz qalıb. Xatirə sözügedən açıqlamadan sonra bir neçə gün bundan əvvəl müzakirələrə səbəb olan qırmızı paltarda fotosunu paylaşıb.

Həmin fotoya 200-dən artıq şərh yazılıb və ifaçı yenə tənqidlərlə üzləşib. Xatirə bir neçə rəyi silsə də, əsəbilərini cilovlaya bilməyib. O, sosial şəbəkə istifadəçinin təhqirinə susmayıb və "Ay üzdən iraq, sənin qeyrətini çəkən lazımdır. Ağıllı ol" şərhini yazıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024