Mobil versiya
Müğənni Elnarə verilişdən imtina edib televiziyadan getdi -ŞOK SƏBƏB
Tarix: 12-01-2018 | Saat: 17:37
Bölmə:Karusel / Aia TV | çapa göndər

Müğənni Elnarə verilişdən imtina edib televiziyadan getdi -ŞOK SƏBƏB




Müğənni Elnarə Xəlilova "Lider" telekanalındakı "Xeyirli axşamlar" verilişindən ayrılıb. Məlumata görə, müğənninin kanaldan ayrılmasına səbəb verilişin rəhbəri ilə yola getməməyi olub.

Bildirilir ki, müğənnidən verilişə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni "Lider TV"dən ayrılıb. E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığını təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib: "Bəli, Elnarə xanım "Xeyirli axşamlar" verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik". Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan "Xeyirli axşamlar" verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.

Qeyd edək ki, Elnarə "Lider"dən öncə "Space"də aparıcılıq edirdi. Lent.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024