Mobil versiya
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan pulun həcmi AÇIQLANDI
Tarix: 04-01-2018 | Saat: 11:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan pulun həcmi AÇIQLANDI


Silahlı Qüvvələrə Yardım Fonduna yanvarın 1-dək 88.008.970,18 AZN, 212.873,88 ABŞ dolları, 9536,0 avro və 5000,0 rubl vəsait daxil olub.



Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.



Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.


Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.



Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024