Mobil versiya
Aygün Röyanı "ağ yuyub, qara sərdi": "Röyakimilər yerlərini bilsinlər" - VİDEO
Tarix: 22-12-2017 | Saat: 14:43
Bölmə:Karusel / Aia TV | çapa göndər

Aygün Röyanı "ağ yuyub, qara sərdi": "Röyakimilər yerlərini bilsinlər" - VİDEO


"Sənətkar mənəm, onunkimilər çoxdur”

ARB TV-nin "Səhər-səhər” verilişində əməkdar artist Aygün Bəylər, aparıcı Elgiz Əkbərin Röyaya dediyi "Sevilir, sənətkardır” sözünə etiraz edib.

AZXEBER.COM xəbər verir ki, əməkdar artist bu fikirlər razılaşmayaraq, Röyanın sənətkar olmadığını bildirib:

"Hansı sənətdən danışırsan? Əsəbiləşdirirsən məni. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. 80 faizi o gündədir. Mən sənətkaram ey. Sənin onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı Röyanın yanına qoysan sənətdə onu sökər. Qorxmuram... Mən sənət üçün doğulmuşam. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Hansı oxuyanda var? Estrada da, ərəb də, muğam da oxuyuram. Kimə deyim? Xoşuma gəlmir sənəti olmayandan danışırsan. Bəlkə xalq iyrənir? Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, tək gəlmisən, necə edim mən də?

Çox söhbətlər var. Çağırırlar tədbirə gedib oxuyurlar. Biz o vaxt tədbirdə sənətkarlar görəndə qorxurduq salam verməyə. Bunlar yox. Adamın varsa, ödül də alacaqsan. Başına papaq qoy, makiyajsız al bunu. Kimə görə sənətkardı? Buna görə oxumaqdan iyrənirəm. Röyadan qabaq gələnlər var. Mənim fikrim hamıdan artıq olmalıdır. Mən əziyyət çəkmişəm. Saç yapışdırıb, klip çəkib sənətə gələ bilməzsən”.

Aygün daha sonra Sənəti olmayan yanında belə danış deyərək, efiri tərk edib. Daha sonra isə tanınmış stilist Anar Ağakişiyevin təkidi ilə geri qayıdıb.


aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024