Mobil versiya
Nəsimidə sakinlərin pulu ilə tikilən oyun meydançasını sökdülər
Tarix: 08-12-2017 | Saat: 17:44
Bölmə:Karusel / Ölkə | çapa göndər

Nəsimidə sakinlərin pulu ilə tikilən oyun meydançasını sökdülər



“Bu gün Nəsimi rayonu, 20 yanvar küçəsi 35 saylı binanın qarşısında (binaya aid olan ərazidə) bina sakinlərinin öz maddi imkanları ilə uşaqların oynamağı üçün düzəldilmış ərazinin dəmir kostruksiyalarını söküblər. Və yəqin ki, materialları da satmaq üçün özləri ilə aparıblar”.

Modern.az saytının məlumatına görə, bunu jurnalist Pərvanə İbrahimova bildirib.

Onun sözlərinə görə, sakinlərin maddi imkanları ilə düzəldilmiş uşaq oyun ərazisinin niyə bu günə salındığını öyrənmək üçün Rayon İcra Hakimiyyətinin əlaqə nömrələrinə gün ərzində dəfələrlə zəng ediblər.

“Lakin sakinlərin telefonunu qaldıran olmayıb, ərazi mənzil idarəsindən isə katibə xanım idarədə səlahiyyətli heç kimin olmadığını bildirib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024