Mobil versiya
İran prezidenti: “Azərbaycan bizə dost dövlətdir”
Tarix: 29-11-2017 | Saat: 15:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

İran prezidenti: “Azərbaycan bizə dost dövlətdir”




İran Azərbaycan və Rusiya ilə əməkdaşlıq əlaqələrini davam etdirərək daha yüksək səviyyəyə çatdıracaq.

Bu sözləri İran Prezidenti Həsən Ruhani dövlət televiziyasına müsahibəsində deyib. Prezident bildirib ki, hər üç dövlət Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşmasında maraqlıdırlar və bu istiqamətdə işləri davam etdirirlər.

Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu Azərbaycandan keçməklə Rusiyaya və Avropaya qədər uzanacaq. Hazırda yolun Rəşt-Astara hissəsində işlər davam edir.

H.Ruhani qeyd edib ki, Azərbaycan İran ilə yaxın qonşu və dost dövlətdir. Hər iki ölkə arasında nəqliyyat, enerji, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf edir. (AzərTac)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024