Mobil versiya
General intihar etdi
Tarix: 28-11-2017 | Saat: 10:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

General intihar etdi



Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının (MHŞ) üzvü general Can Yan evində intihar edib.

AZƏRTAC"China Daily” qəzetinə istinadla xəbər verir ki, intihar noyabrın 23-də baş verib, amma ictimaiyyətə bu gün açıqlama verilib. Bildirilir ki, bir müddət əvvəl hüquq-mühafizə orqanları onun haqqında təhqiqata başlamışdı.

Güman olunurdu ki, Can Yanın Mərkəzi Hərbi Şuranın keçmiş sədr müavini işləmiş və sonradan korrupsiya əməllərinə görə ömürlük həbs cəzasına məhkum edilən general Quo Bosion və MHŞ-nın keçmiş sədr müavin işləmiş, sonradan haqqında korrupsiya əməlinə görə açılan cinayət işinin gedişində vəfat edən general Su Çayxou ilə əlaqəsi olub.

Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ən yuxarı idarəetmə qurumdur. Onun sədri Çin Xalq Respublikasının sədri, Kommunist Partiyasının baş katibi Si Cinpindir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024