Mobil versiya
Azərbaycanda əkin yerlərini yandıranlar CƏZALANDIRILACAQ
Tarix: 27-11-2017 | Saat: 15:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda əkin yerlərini yandıranlar CƏZALANDIRILACAQ


Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib.

aia.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib.
Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.
Maddədə göstərilib ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik parlamentin Aqrar siyasət komitəsinin sabah-noyabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024