Mobil versiya
Ərəbistanda şahzadələri döyüb, təhqir edirlər
Tarix: 23-11-2017 | Saat: 11:15
Bölmə:Karusel / Media | çapa göndər

Ərəbistanda şahzadələri döyüb, təhqir edirlər



Bu ayın əvvəlində Səudiyyə Ərəbistanında saxlanılan kral ailələrinin üzvləri və biznesmenlər işgəncələrə məruz qalır.

AzVision.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Onları döyür, işgəncələr verirlər. Hətta onları sillələyir və təhqir edirlər”, - deyə krallıq ailəsindən olan mənbə nəşrə bildirib.

Nəşr yazır ki, şahzadələri “Academi” şirkətinin əməkdaşları döyür.

“Şahzadələrin saxlanıldığı otellərin qarşısında Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarına məxsus zirehli maşınları görmək olar, lakin otelin içərisində özəl şirkətin əməkdaşları fəaliyyət göstərir” - nəşrin məlumatında qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024