Mobil versiya
Direktor şagirdləri niyə əlavə tətilə göndərdi?
Tarix: 22-11-2017 | Saat: 12:50
Bölmə:Karusel / Təhsil | çapa göndər

Direktor şagirdləri niyə əlavə tətilə göndərdi?


Sabunçu rayonu, 22 saylı tam orta məktəbində təmirlə əlaqədar şagirdlərə qanunsuz 3 gün əlavə tətil verilib.

Bununla bağlı sosial şəbəkədə məlumat yazılıb. Bildirilib ki, payız tətili bazar ertəsi bitsə də, məktəbin direktoru şagirdlərə 5-ci gün dərsə gəlməyi tapşırıb.

Qeyd olunur ki, məsələylə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb. Məktəb direktoru nazirlik nümayəndələrinə cavabında məsələni təkzib edib və şagirdlərin bu gündən dərsə çağırıldığını deyib.

"Qafqazinfo” məsələylə bağlı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, məsələdən xəbərdardırlar və qısa müddət ərzində araşdırmaların nəticəsi mətbuata açıqlanacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024