Tanınmış şəxslər Fədayə Laçına görə ölkə rəhbərliyinə müraciət etdilər
Tarix: 22-11-2017, 10:44 | Saat: 15:47:00
Bölmə:Karusel, Gündəm | çapa göndər

Tanınmış şəxslər Fədayə Laçına görə ölkə rəhbərliyinə müraciət etdilər


Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınla bağlı müraciət olunub.

Fədayə Laçının vəkili Türkel Süleymanlı APA-ya bildirib ki, 9 nəfərin imzaladığı müraciət prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanıb.

Müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova imzalayıblar.

"Müraciətdə Fədayə Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınaraq, bağışlanılması istənilir", - deyə vəkil bildirib.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

aia.az



5171 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
19-07-2018
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031