Mobil versiya
Da Vinçinin əsəri saxta çıxdı
Tarix: 20-11-2017 | Saat: 11:02
Bölmə:Karusel / Media | çapa göndər

Da Vinçinin əsəri saxta çıxdı




Leonardo da Vinçinin "Dünyanın xilaskarı” əsərinin saxta olduğu haqda xəbərlər yayılıb.

aia.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Britaniya nəşriyyatıThe Telegraphəsərin həqiqi olmasını şübhə altına alan 4 arqument gətirib.
Əsər 1500-cü ildə çəkilib, bu zamansa 48 yaş olan da Vinçi işığın sınması və optik illüziyalarla məşğul idi. İsa Məsihin əlindəki billur kürə real təsvir olunmayıb, fiqurun arxasındakı obyektlər orada əks olunmayıb.

İkinci arqument İsanın anfasdan çəkilməsidir, Da vinçinin o biri əsərlərində isə personajlar mürəkkəb pozada çəkilir.
Üçüncü arqument tablonun tarixçəsi ilə bağlıdır. Onun auksiona qədər kimlərdə olması tablonun həqiqiliyini kölgə altınasalır.
Dördüncü arqumentsə onun restavrasiya olunmasıdır. Onu bərpa ediblərsə də,o qədər əlavələr olunub ki, orada da Vinçinin fırçasından demək olar ki heç nə qalmayıb.

Xatırladaq ki, müəllifinin Leonardo da Vinçi olduğu deyilən tablo noyabrın 16-da Nyu-Yorkda 400 milyon dollara satılıb. Bu, indiyədək incəsənət əsərinə verilən ən böyük məbləğ kimi rekord olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024