Mobil versiya
Yol polisi reyd keçirdi - pərdəli maşınlara cərimə kəsildi
Tarix: 17-11-2017 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yol polisi reyd keçirdi - pərdəli maşınlara cərimə kəsildi


Noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub. Həmin tarixdən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə tədbirlər həyata keçirilib.

Bu gün bir neçə saat ərzində keçirilən reyd zamanı avtomobillərinin arxa yan şüşələrinə qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüz vuran, sürət həddini aşan, ötmə, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokollar tərtib edilib.
Şirvan şəhəri ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.
Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024