Mobil versiya
Bakı Buxtasında qanunsuz ov edənlər polisə MÜQAVİMƏT göstərdilər
Tarix: 14-11-2017 | Saat: 17:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakı Buxtasında qanunsuz ov edənlər polisə MÜQAVİMƏT göstərdilər



Daxili işlər orqanlarının əməkdaşları tərəfindənBakı Buxtasında qanunsuz balıq ovu ilə məşğul olan və ekoloji cinayətlər törədən şəxslərə qarşı mübarizə məqsədi ilə tədbir həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cari ilin noyabrın 11-də Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (NPİ) Bakı Buxtasında “Yamaha-48” mühərriki ilə təchiz edilmiş qayıqda iki nəfərin qanunsuz balıq ovu ilə məşğul olduğu barədə məlumat daxil olub.

Su NPİ əməkdaşları “Qartal” polis patrul katerində xüsusi xəbərdaredici səs siqnalları ilə həmin qayığa yaxınlaşaraq onlardan sahilə çıxmalarını tələb ediblər. Həmin şəxslər polisin qanuni tələbinə əməl etməyərək idarə etdikləri balıqçı qayığı ilə polis katerini vurub zədələyərək hadisə yerindən qaçmağa cəhd göstəriblər.

Araşdırma zamanı qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduğu müəyyən olunub.

Su NPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilib. İdarədə saxlanılan şəxslərdən S.Quliyevin üzərinə baxış zamanı ondan bir büküm narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin balıqovlama biletlərinin olmadığı, həmçinin onlara məxsus qayığın və mühərrikin müvafiq dövlət qurumlarında qeydiyyata alınmadığı məlum olub.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024