Mobil versiya
Bakıdakı güclü yanğın söndürülüb- 40 nəfər təxliyə olunub (Yenilənib)
Tarix: 10-11-2017 | Saat: 14:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıdakı güclü yanğın söndürülüb- 40 nəfər təxliyə olunub (Yenilənib)


Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

aia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

***
Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb.

AzVision.az xəbər verir ki, təxminən bir saata yaxın davam edən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur.

aia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir.

***
aia.az-ın xəbərinə görə, yanğın Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli 119 C ünvanında “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb.

Yanğın biznes mərkəzinin yuxarı mərtəbəsində baş verib. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Biznes mərkəzdən insanlar təxliyyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024