Mobil versiya
Rövşən Lənkəranskinin qardaşı İstanbulda həbsdən buraxıldı
Tarix: 03-11-2017 | Saat: 18:24
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Rövşən Lənkəranskinin qardaşı İstanbulda həbsdən buraxıldı


Dünən İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılan Namiq Canıyev azad olunub.

aia.az xəbər verir ki, bu barədə musavat.com-a məlumatlı və mötəbər mənbə xəbər verib.

Mənbəmizin bildirdiyinə görə, sərbəst buraxılan Namiq Canıyev tezliklə Azərbaycana qayıdacaq. Onun həbsdən buraxılması üçün nüfuzlu adamların məsələyə müdaxilə etdiyi bildirilir.

Qeyd edək ki, o, Dövlət Gömrük Komitəsinin Keşlə bölməsinin rəisi vəzifəsində çalışır.

N.Canıyevin məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün İstanbulda 10 nəfərlə birlikdə hazırlıq gördüyü üçün saxlanıldığı bildirilirdi.

Yayılan xəbərə görə, həmin əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024