Mobil versiya
Sumqayıt Dövlət Universiteti – yüksək tələblərə cavab verir
Tarix: 09-10-2017 | Saat: 12:47
Bölmə:Karusel / Təhsil | çapa göndər

Sumqayıt Dövlət Universiteti – yüksək tələblərə cavab verir




Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) fəaliyyətində mütərəqqi yenilikləri davamlı olaraq müşahidə etmək mümkündür. Ölkənin ümumilikdə təhsil sistemində məqsədyönlü şəkildə həyata keçirilən əhəmiyyətli dövlət tədbirləri sayəsində bütün digər təhsil müəssisələrində olduğu kimi, SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Əlbəttə ki, hər bir konkret halda, yaranmış imkanlardan nə dərəcədə səmərəli istifadə olunması artıq bu və ya digər təhsil müəssisəsinin kollektivinin və ilk növbədə rəhbərliyinin işə münasibəti ilə müəyyənləşdirilir. Əldə etdiyimiz məlumatlara görə isə, məhz bu baxımdan Sumqayıt Dövlət Universitetində gedən proseslər kifayət qədər təqdirəlayiqdir. Bu ali təhsil müəssisəsinin fəaliyyətilə yaxından tanış olan mənbələr də təsdiq edirlər ki, bu gün SDU-da mütərəqqi islahatlar dinamik və səmərəli formada tətbiq olunmaqdadır. Həmçinin açıqlamalarda xüsusi olaraq qeyd edilir ki, universitetdə müşahidə olunan bu inkişafın, dövlət islahat proqramlarının uğurla reallaşdırılmasının əsas təminatçıları kimi də məhz SDU-nun rəhbərliyi və şəxsən rektor Elxan Hüseynov çıxış edirlər.

Qısa arayış:

Elxan Hüseynov 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Gəncə şəhər 18 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent, 2015-ci ildə professor elmi adı almışdır.

1995-ci ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini vəzifələrində çalışmışdır.

1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərmişdir.

1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin I prorektoru – Tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır.




08.08.2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuş və 15 yanvar 2010-cu ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir.

2010-2011-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.

2013-cü ildən Təhsil Naizrinin müşaviri vəzifəsində çalışmışdır.

06.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir.

Bu gün SDU-da uğurla tətbiq olunan yeniliklərdən danışarkən, ilk növbədə əlbəttə ki, universitet tələbələrinin istehsalat təcrübələrinə cəlb olunmaları işinin tamamilə fərqli bir rakursda təşkili qeyd olunmalıdır. Belə ki, son vaxtlar SDU tələbələrinin Sumqayıt Texnologiyalar Parkında, “Azərkimya” İB-nin müəssisələrində təcrübə keçmələri, Azərbaycan



Polimer Materialları İnstitutunun SDU-da baza kafedrasının yaradılması və bu xüsusda əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret addımlar atılıb.

Bundan başqa, qartıq bir neçə müddətdir ki, Sumqayıt Dövlət Universitetinə bir neçə yeni ixtisaslar, o cümlədən xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi ixtisasları üzrə tələbə qəbulu həyata keçirilməyə başlanıb və əlavə dörd fakültədə rus dili ixtisasları açılıb.

Əminliklə demək olar ki, bu gün Sumqayıt Dövlət Universitetində artıq yüksək tələblərə cavab verən, dünya əmək bazarına çıxa biləcək kadrların hazırlanması istiqamətində ciddi addımlar atılıb, konkret işlər görülüb. O cümlədən, universitetdə məhz bu məqsədlər üçün yüksək texniki tələblərə cavab verən və Avropa təhsil sisteminin standartlarına uyğun gələn laboratoriyalar təşkil olunub. Həmçinin SDU-da informasiya texnologiyalarının tətbiqi baxımından da xeyli iş görülür. Artıq auditoriyaların əksəriyyətində proyektorlar quraşdırılıb, elektron lövhələr yerləşdirilib, sürətli internet şəbəkəsinə qoşulma imkanı yaradılıb. Bütün bunlar isə, ilk növbədə məhz təhsilin keyfiyyətini yüksəldən amillərdir.



Əlbəttə, Sumqayıt Dövlət Universitetinin fəaliyyəti barədə bütün bu deyilənlər heç də o anlama gəlməməlidir ki, guya biz bu ali təhsil müəssisəsində mövcud vəziyyəti tamamilə ideallaşdırmaq və universitetin ümumiyyətlə nöqsansız fəaliyyət göstərdiyini isbatlamaq istəyirik. Əslində bu heç mümkün də deyil. Çünki iş olan yerdə səhvlər də, nöqsanlar da olacaq. Amma etiraf edək ki, bu baxımdan SDU-da mövcud olan vəziyyət bəzi bədxahların müəyyən KİV-lərdə təqdim etməyə çalışdıqları duruma qətiyyən oxşar deyil və ümumiyyətlə bu baxımdan həmin KİV-lərdə yazılanlarla reallıq arasında hər hansısa bir uyğunluq axtarmağın belə yeri yoxdur. İşə gəlincə isə, hər bir işdə vacib olanı budur ki, yol verilmiş nöqsanlar, buraxılmış səhvlər vaxtında aşkar olunsun və aradan qaldırılsın. SDU rəhbərliyinin işində hər zaman müşahidə olunan ən təqdirəlayiq cəhətlərdən biri də məhz elə obyektivlik, operativlik və işə tənqidi yanaşma prinsiplərinə əməl olunmasıdır.

Bəhram Yaqubov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024