Mobil versiya
Uzunömürlülüyün ən sadə yolu - həkimlərdən AÇIQLAMA
Tarix: 22-09-2017 | Saat: 21:40
Bölmə:Karusel | çapa göndər

Uzunömürlülüyün ən sadə yolu - həkimlərdən AÇIQLAMA










Kanadanın Makmaster universitetinin alimləri geniş miqyaslı araşdırma aparıblar.

Aia.Az ölkə.az-a istinadla xəbər verir ki, nəticələrə əsasən, həftədə 5 gün 30 dəqiqə fiziki aktivlik ömrü uzadır.

Tədqiqatda 17 ölkədən 130 min insan iştirak edib. Onların həftə ərzində neçə saat fiziki hərəkətlə məşğul olduğu müəyyənləşdirilib. Alimlər 7 il ərzində onların sağlamlıq vəziyyətini müşahidə ediblər. Məlum olub ki, həftə ərzində 150 dəqiqə sürətli yürüşə vaxt ayıranlarda ürək-damar sistemi xəstəlikləri və vaxtından əvvəl ölüm riski 28 faiz azalıb.

Bununla yanaşı qeyd edilir ki, qaçmaq və idmanın digər növləri ilə məşğul olmaq məcburiyyəti yoxdur. Ev işləri və işə piyada getmək də kifayət edir.

Ümumdünya səhiyyə təşkilatı 18-64 yaş arası insanlara həftədə ən azı 150 dəqiqə fiziki hərəkətlə məşğul olmağı tövsiyyə edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024