Mobil versiya
Yas mərasimlərində israfçılığa son qoyulur - Yalnız çay və halva veriləcək
Tarix: 26-08-2017 | Saat: 11:16
Bölmə:Karusel | çapa göndər

Yas mərasimlərində israfçılığa son qoyulur - Yalnız çay və halva veriləcək








Gəncədə yas mərasimlərində çox çeşidli yeməklərin verilməsi, israfçı süfrələrin təşkil olunması ənənəsinə son qoyulub.

Aia.Az xezerxeber.az-a istinadən xəbər verir ki, bu təklif şəhər fəallarıının yığıncağında bir qrup ziyalı tərəfindən irəli sürülüb və ciddi dəstək qazanıb.

Yas mərasimlərində din xadimləri də insanlara israfçılığın dinimizə görə haram olmasını, bir çox başqa xoş əməllərin də ehsan kimi qəbul olunduğunu izah edirlər.

Elə şəhər sakinləri də bu addımın yerində atıldığını və hər kəs tərəfindən anlayışla, rəğbətlə qarşılandığını deyirlər.

Bundan sonra Gəncədə yas mərasimlərində yalnız çay süfrəsi və halva veriləcək. Hətta ətraf rayonların sakinləri də bu təşəbbüsü dəstəkləyib və rəğbətlə qarşılayıblar. Gözlənilir ki, bu, digər rayon və şəhərlərdə də tətbiq edilsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024