Mobil versiya
“Ketçup” qabından heroin çıxdı - Fotolar
Tarix: 27-07-2017 | Saat: 17:22
Bölmə:Karusel | çapa göndər

“Ketçup” qabından heroin çıxdı - Fotolar







İrandan Azərbayacana narkotik vasitə gətirən və onun alıcısı saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib.

Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçup” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb.

Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitənin sifarişçisi AR vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə