Mobil versiya
Saçyolduya çıxdığı deyilən aparıcı: "Əsassız danışırlar"
Tarix: 27-07-2017 | Saat: 17:10
Bölmə:Karusel | çapa göndər

Saçyolduya çıxdığı deyilən aparıcı: "Əsassız danışırlar"







"Space TV"də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olması ilə bağlı xəbərlər yayılıb.

Aia.Az bildirir ki, azxeber.com-a danışan xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova Aynur adlı rejissorla saçyolduya çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib. O hazırda məzuniyyətdə olduğunu bildirib:

"Bu cür hadisə yaşanmayıb. Mənim haqqımda əsassız danışırlar. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi də işə çıxacam".

Qeyd edək ki, bizimyol.info saytının bu gün yayımladığı xəbərdə xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşandığı yazılıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024