Mobil versiya
İcra hakimiyyətinin vəzifəli əməkdaşı adam öldürüb?-“Araşdırmırlar”
Tarix: 14-04-2017 | Saat: 21:07
Bölmə:Karusel / Seçilənlər | çapa göndər

İcra hakimiyyətinin vəzifəli əməkdaşı adam öldürüb?-“Araşdırmırlar”






Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşı, Yeni Azərbaycan partiyası Pirallahı rayon Təşkilatının sədri Manaf Manafovun xidməti avtomobili ilə 7 ay öncə törədilən və ölümlə nəticələnən yol qəza hadisəsinin istintaqı barədə prezident İlham Əliyevə müraciət ünvanlanıb...

Bu barədə BakiPost.az-a hadisə zamanı dünyasını dəyişən Tariyel Rzaquliyevin atası Cəmşid Rzaquliyev məlumat verib.

Bildirib ki, 7 ay ərzində hadisə ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciətlər etdiyini və bir cavab ala bilmədiyini bildirir. Övladını itirən ata qəzanı şəxsən Manaf Manafovun törətdiyini düşünür: "2016-cı ilin sentyabrın 2-si saat 19:25 radələrində Pirallahı rayonu İcra Hakimiyyətinin işçisi Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı avtomobil tək oğlum Tariyel Rzaquliyevi Qala-Dübəndi yolundakı piyada keçidi üzərindən keçərkən vururaq öldürüb. Azyaşlı qızı ailəsi ilə birlikdə başsız qalıb.

Tariyel böyrək çatışmazlığından əziyyət çəkirdi. On il öncə çətinliklə də olsa İranda ona böyrək köçürtdürmüşük. Onun həyatda qalması üçün düz on il İran-Azərbaycan yollarında qalmışıq. Bizi ən çox ağrıdan şey həyatda qalması üçün çəkdiyi o qədər acı və məhrumiyyətlərin bir məmurun müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu. Onlar başda Manaf Manafov olmaqla hadisəni törətdikdən sonra maşını saxlamayaraq eyni sürətlə də hadisə yerindən uzaqlaşıblar. Sonradan nə fikirləşiblərsə, iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Oğluma dərhal ilkin yardım etmək əvəzinə telefonla kömək çağırıb, oradan uzaqlaşıblar. Bunu görən hadisə yerinin yaxınlığındakı N saylı hərbi hissənin zabitləri hərbi hissənin sanitar maşını ilə oğlumu götürüb aparıblar. Sonra da özlərinin dediklərinə görə meyidi yarı yolda təcili yardım maşınına köçürdərək Mərdəkənda morq deyilən bir yerə çatdırıblar. Bütün bu proseslər baş verdiyi zaman hadisəni törədənlərdən heç kim onlarla olmayıb.

Ən dəhşətlisi isə odur ki, hadisəni törədən Manaf Manafov gəlib ailəmizə bir başsağlığı da vermədi”.

Zərərçəkən istintaqın işindən narazı olduğu üçün məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir: "İstintaqın işi ümumilikdə 7 ay vaxt aparıb.

Bu müddət ərzində işin gedişatı ilə bağlı istintaqa təqdim etdiyimiz 17-yə kimi dəlillərə rəğmən, istintaq sükan arxasında olan şəxsin həqiqətən də Manaf Manafovun sürücüsü Bağış Baxşiyevin olduğuna bizi inandıra bilməyib.

Bu səbəbdən də sükan arxasında ya Manaf Manafovun özünün, ya da istintaqa və bizə adı bəlli olmayan üçüncü şəxsin olması ilə bağlı şübhələrimiz öz qüvvəsində qalır.

Lakin bizi ən çox narahat edən digər məsələ isə, hadisədən bu qədər vaxt keçməsinə baxmayaraq, Manaf Manafov haqqında YAP mərkəzi aparatına (şəxsən cənab Əli Əhmədova, cənab Siyavuş Novruzova, aparat rəhbəri Mahir Abasəliyevə, Bakı rayonlarının əlaqələndiricisi Misirxan müəllimə) və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova etdiyimiz çoxsaylı müraciətlərdən sonra onun haqqında heç bir ölçü götürülməməsidir.

Rayon ərazisində baş vermiş ölümlə bağlı bu hadisənin iştirakçısı olan məmur bu günə kimi Vasif İmanov tərəfindən himayə edilərək vəzifəsində saxlanılır.

Biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla icra strukturlarının bu məsələdə laqeydliyini görüb oğlumun üç mərasimində Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli polis və prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı icra başçısı hər vəhclə cinayəti törədənlərin müdafiəsi yönündə çıxışlar edirdi. O bu hadisənin yuxarılara çatmamasını məsləhət edir. Guya ailəyə maddi köməklik göstərilməsini özü də daxil omaqla hadisəni törədənlərə tövsiyyə edirmiş.

Vasif İmanovun öz iş otağında qurduğu "məhkəmə”də hadisə zamanı maşında olanlardan icra hakimiyyətinin işçisi Niftəliyev Həsəni danışdırarkən onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Bütün bunlar sükan arxasında Manaf Manafovun olması ehtimalını daha da gücləndirdi.

Cənab prezident, sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm ki, Manaf Manafovun etdiyi hərəkətləri nəzərə alıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə və bu hadisədə əsl cinayətkarın üzə çıxarılmasının sürətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024