Mobil versiya
İsti olacaq - Sabahın HAVASI
Tarix: 02-04-2017 | Saat: 12:34
Bölmə:Karusel | çapa göndər

İsti olacaq - Sabahın HAVASI








Aprelin 03-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aia.Az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacağı gözlənilir.

Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024