Mobil versiya
Başqa kişinin fotosunu bəyəndi, əri boşadı - Bakıda
Tarix: 20-03-2017 | Saat: 11:28
Bölmə:Karusel | çapa göndər

Başqa kişinin fotosunu bəyəndi, əri boşadı - Bakıda







Sosial şəbəkələr vasitəsi ilə tanış olub ailə quranların sayı kifayət qədər çoxdur.

Ancaq həyatımıza nüfuz edən sosial şəbəkələr bir sıra hallarda xoşagəlməz nəticələrə də səbəb olur. Burada yazılan rəylər hətta bir şərhi yaxud fotonu bəyənmə ailələrin dağılması ilə nəticələnir.

Aia.Az xezerxeber.az-a istinadən bildirir ki, qadın sosial şəbəkədə başqasının paylaşdığını bəyəndi, həyat yoldaşı ondan boşanmaq qərarına gəldi. Əks cinsin fikrini bəyənib, rəy bildirmək bir yuvanın dağılmasına gətirib çıxarıb. Hüquqşünas Xəyal Bəşirli məhkəmədə xanımın vəkili qismində çıxış edib.

Ər xanımın Facebook profilindən xəbərdar olsa da, onun kiminsə paylaşımını bəyənməsi xoşuna gəlməyib və boşanma qərarı alıb.

Sosioloq Rəşad Əsgərov qeyd edir ki, bu səbəbdən ailənin dağılması, cəmiyyətimizdə sosial şəbəkələr qarşı yanlış yanaşmadan irəli gəlir. Yəni kifayət qədər əlverişli sayılabiləcək sosial şəbəkə əslində başqa məqsədlərlə istifadə edilir və nəticədə fərdlər arasında fikir ayrılığı, münasibətlərdə ziddiyyətlər yaranır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024