Mobil versiya
Cəbhədə şiddətli atışma: Azı 5 erməni əsgəri öldürülüb
Tarix: 08-02-2017 | Saat: 19:55
Bölmə:Karusel | çapa göndər

Cəbhədə şiddətli atışma: Azı 5 erməni əsgəri öldürülüb




Təmas xətti boyunca diversiya-təxribat hücumu həyata keçirən Ermənistan ordusu itkilər verib

İşğalçı ölkə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatı təsdiqləyərək, itkilərini açıqlayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Qarabağdakı separatçı rejimin açıqlamasında bildirilir ki, fevralın 8-də saat 11.00-da cəbhənin şimal istiqamətində məhv edilən erməni hərbçisi müqavilə ilə xidmət edən 1979-cu il təvəllüdlü, podpolkovnik Qeram Qenrixoviç Manukyandır.

Bu gün saat 12.00-da cəbhənin Ağdərə rayonu istiqamətində isə 1998-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Koryun Kmoeviç Kirakosyan ölümcül güllə yarası alıb.

Haqqin.az saytının yaydığı xəbərə görə, səhərdən bəri Xankəndidəki hospitala yaralı əsgərlər gətirilir, yaralılardan ikisi isə Yerevana göndərilib.

Sayt ən azı 5 erməni əsgərinin artilleriya atəşi nəticəsində öldürüldüyünü yazıb.

****
Fevralın 7-də saat 16:55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.

Nazirlik bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024