Mobil versiya
Samir Şərifov: “Özəl sektor tərəfindən çox gözəl filmlər çəkilir”
Tarix: 06-11-2018 | Saat: 16:04
Bölmə:İqtisadiyyat | çapa göndər

Samir Şərifov: “Özəl sektor tərəfindən çox gözəl filmlər çəkilir”


“Etiraf etməliyəm ki, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Amma heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur. Əvvəlki illərdə biz ildə təxminən 8 milyon dollara yaxın vəsait ayırırdıq.

Bu, kifayət qədər böyük vəsaitdir. Asim müəllim (Asim Mollazadə) deyir ki, indi 1.5 milyon dollara kino çəkmək çətindir, amma belə kinolar var və yaxşı da çəkilərək ictimaiyyətə göstərilir”.



Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentdə büdcə müzakirələrində deyib.



“Ona görə də burada sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Yəni burada daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin yaradılmasına xidmət edəcək proqramın ərsəyə gəlməsi ilə nəticələnəcək.



Təkcə onu qeyd etmək istəyirəm ki, son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl filmlər çəkilir, bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür. Ona görə də gəlin bu məsələyə nikbin yanaşaq. Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam . Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyət yönümlü dəyişiklik baş verməlidir”-deyə nazir qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024