Mobil versiya
Beynəlxalq Banka yeni rəhbər seçildi
Tarix: 10-01-2017 | Saat: 16:40
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər

Beynəlxalq Banka yeni rəhbər seçildi




"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

Xalid Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi. Bank sektorunda 1999-cu ildən çalışan Xalid Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.

Qeyd edək ki, bu gün həm də Azərbaycan Beynəlxalq Bankının fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur. 10 yanvar 1992-ci il tarixində təşkil olunmuş Bank 25 ildir müştərilərə xidmət göstərir və hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilməkdədir.

Xatırladaq ki, ötən ilin sonlarında "Qara bazar"la bağlı bankın İdarə Heyətinin əvvəlki sədri Elmar Məmmədov vəzifəsindən azad olunmuşdu.

Nigar Məmmədli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024