Mobil versiya
Deputat:"Benzinin qiymətində dəyişiklik olmalıdır"
Tarix: 18-08-2016 | Saat: 17:12
Bölmə:İqtisadiyyat | çapa göndər



"Azərbaycanda satılan benzinin qiymətində müəyyən dəyişikliklər olmalıdır".

Deputat:"Benzinin qiymətində dəyişiklik olmalıdır"

Bunu aznews-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, xaricdən idxal olunan aksiz vergisinə cəlb olunan malların dəyərinin enməsi qiymətlərə təsirsiz ötüşməyəcək: "Burada əsas rolu Tarif Şurası oynayır. Çünki tənzimlənən qiymətlərə sözügedən qurum baxır. Əgər aksiz vergisi 200 manatdan 1 manata endirilibsə, mallar qiymət siyasətinə əsasən tənzimlənəcək".

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024