Mobil versiya
Məktəbli formaları BAHALAŞIR
Tarix: 12-05-2016 | Saat: 13:50
Bölmə:İqtisadiyyat | çapa göndər



Növbəti tədris ili üçün məktəbli formalarının qiymətində dəyişiklik olacaq.

Aia.az bildirir ki, bu haqda modern.az-a Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib.

Şöbə müdiri dəyişikliyi manatın devalvasiyası ilə əlaqələndirib:

"Hələlik növbəti tədris ili üçün işlərə başlamamışıq. Amma dollar bahalaşdığından məktəbli formalarının bahalaşması qaçılmazdır.

Biz əslində bahalaşmanı istəmirik. Amma geyimlərin tikilməsi üçün parça Türkiyədən dollarla alındığına görə bahalaşma olacaq".

E.Əzimov məktəbli formalarının nə qədər bahalaşacağının hələlik dəqiqləşmədiyini bildirib:

"Hələlik bahalaşmanın miqdarı bilinmir. İşlərə başlanandan sonra məbləğ də açıqlanacaq".

Qeyd edək ki, hazırda I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagirdləri üçün 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagirdləri üçün isə 52 manat olub.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024