Mobil versiya
"Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir"
Tarix: 22-04-2016 | Saat: 14:39
Bölmə:İqtisadiyyat | çapa göndər




Beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemli kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Aia.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara pensiyaçılara istehlak kreditlərinin verilməsinə qadağa qoyulması barədə yayılan xəbərlərə münasibət bildirərkən bildirib.
İqtisadçının sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası təqaüdçülərə kreditlərin verilməsini qadağan edib. Lakin Beynəlxalq praktikada hansısa yaş qrupuna keditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir:
"Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, onun yaşından, peşəsindən asılı olmayaraq, kredit almaq hüququ olmalıdır. Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Eyni zamanda, əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kredit üçün müraciət edirsə, bank nə üçün ona mənfi cavab verməlidir ki?! Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir ki?! Yaş heç zaman meyar ola bilməz. Əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə