Mobil versiya
Azərbaycanın yaratdığı ən iri banka prezident seçilir
Tarix: 07-01-2016 | Saat: 21:36
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Asiya İnfrastruktur İnvestisiyaları Bankına Azərbaycan da sədrlik edə bilər
Tezliklə Azərbaycanın da təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) prezidenti seçiləcək.

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, yanvarın 16-18-də Pekində AİİB-in idarə və direktorlar heyətinin görüşü olacaq. Tərəflər burda AİİB-in Direktorlar Şurasının yaradılması və fəaliyyəti məsələlərini müzakirə edəcəklər. Bu görüşdə bankın prezidentinin seçilməsi də gözlənilir.

Bu barədə Çinin Maliyyə Nazirliyindəki mənbə xəbər verib. Məlumata görə, üzv dövlətləri hər il iyun ayında görüş keçirməyi planlaşdırır.

AİİB-in yaradılması təşəbbüsünü 2013-cü ilin oktyabrında Çin Xalq Respublikasının sədri Si Cinpin irəli sürüb. Çin liderinin bu təklifi bir çox ölkələr tərəfindən dəstəklənib. 2014-cü ilin oktyabrında Pekində 22 ölkə AİİB-in yaranmasına hazırlıq barədə memorandum imzalayıb. Təsisçılər sırasında Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələr yer alıblar.


Asiya İnfrastruktur İnvestisiyaları Bankının memorandumunun imzalanması



Asiya İnfrastruktur İnvestisiyaları Bankının yaranma sazişinin imzalanması


Azərbaycanın da təsisçilər sırasında olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankının yaradılması haqqında saziş 2015-ci il iyunun 29-da Pekində 57 ölkə tərəfindən imzalanıb. Sənədi imzalayan ilk ölkə Avstraliya olub. Azərbaycan hökuməti adından isə sazişə maliyyə naziri Samir Şərifov imza atıb.


Samir Şərifov AİİB-ə üzvlük sənədini imzalayarkən


Bu yaxınlarda isə Filippin də Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) təsisçiləri sırasına daxil olub.

AİİB dünyada yaradılan ilk çoxşaxəli maliyyə müəssisəsidir. Bankın təsis edilməsi qlobal iqtisadi idarəçilik sisteminin islahatları prosesində mərhələ əhəmiyyəti daşıyan mühüm hadisədir.

AİİB-in yaradılması haqqında sazişin qüvvəyə minməsi üçün yeni maliyyə strukturunun aksiyalarının azı 50 faiz payına malik ən azı 10 ölkənin onu ratifikasiya etməsi lazım idi.

Ötən il dekabrın 25-nə olan məlumata görə, 57 təsisçi ölkənin 17-si artıq bu sazişi ratifikasiya edib və bu barədə sənəd təqdim edib. AİİB-in səhmlərinin 50,1 faizi onların payına düşüb.

Bank ilk mərhələdə fəaliyyətini Avropaya yeni ticarət marşrutu olacaq Yeni İpək Yolunun yaradılmasına cəmləyəcək. Maliyyələşdirilməsi planlaşdırılan layihələr sırasında Bağdad və Çin arasında birbaşa dəmir yol xəttinin qurulması da yer alır.

Əsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib ki, bunun da təxminən 75 faizini Asiya ölkələri təmin edəcək. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. Rusiyanın AİİB-dəki kapitalının həcmi isə 6.5 mld dollardır.

Azərbaycanın yaratdığı ən iri banka prezident seçilir




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024