Rusiyalı nazir: “Sərhəddə sıxlığın aradan qaldırılması üçün razılaşmışıq”
Tarix: 8-02-2019, 17:34 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Rusiyalı nazir: “Sərhəddə sıxlığın aradan qaldırılması üçün razılaşmışıq”


“Azərbaycan və Rusiya sərhəddə sıxlığın azaldırıması üçün çalışır. Bunun üçün digər sərhəd-keçid məntəqələrindən istifadə olunması məsələsinə baxılır”.



Modern.az xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin jurnalistlərə açıqlamasında deyib.



“Aydın görünür ki, sərhəddə yaranan növbələr Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini sürətlə artırmasına lazım olan infrastrukturun çalışmazlığını göstərir”.



Oreşkin Avrasiya İttifaqı ilə azad ticarət zonası haqqında saziş imzalayan İrandan Azərbaycandan keçməklə Rusiyaya tranzit məhsullarının sayının da artmasını nəzərə almaq olduğunu deyib.

“Bütün bunlar infrastruktura ciddi yüklənmə yaradır və söhbət təkcə sərhədi keçməkdən getmir. Bu həm Azərbaycan, həm də Rusiya tərəfdən regionda infrastrukturu inkişaf etdirməklə bağlı çoxşaxəli bir məsələdir. Həmkarlarımla bu sərhəd məntəqəsində işlərin yeklunlaşması, digər sərhəd-keçid məntəqələrindən istifadə və insan axını yönləndirməklə sərhəddən keçənlərin sayının artması barədə razılaşmışıq”.



Oreşkin əsas məsələnin daşınma ilə məşğul olan insanlar üçün sərhədi keçmə maneələrinin aradan qaldırılması olduğunu vurğulayıb.

“Əsas məsələ, daşınma ilə məşğul olanlar, sərhədin hər iki tərəfindən yaşayan insanlar üçün bu sərhədi keçmək probleminin arxada qalması, növbənin azalması və iki ölkə arasında hərəkətin mümkün qədər sərbəst olmasıdır”.

aia.azшаблоны для dle 11.2



556 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}