Əhaliyə ƏDV-nin qaytarılmasına ən tezi apreldən sonra başlanılacaq - NAZİRLİK
Tarix: 3-01-2019, 13:43 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Əhaliyə ƏDV-nin qaytarılmasına ən tezi apreldən sonra başlanılacaq - NAZİRLİK


Xəbər verildiyi kimi, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır.

Belə ki, ödənişi post terminallar və kassa çeki ilə edənlər ƏDV-nin 15% və 10%-ni geri alacaqlar. Qeyd edək ki, Azərğaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 18 manat vergi hesablanır. Nəticədə ödənişi POS terminalla edən müştərilər alqı-satqının 2,28%-i yəni hər 100 menata görə, 2,28 manat, kassa çeki ilə edənlər isə 1,8%-i yəni 1,8 manat ödəniş alacaqlar.

Adalet.az-ın məlumatına görə, Vergilər Nazirliyindən Fed.az-a bildirilib ki, bu güzəştlərin tətbiqində məqsəd həm müştərilər stimul yaradılması, həm də nağdsız ödəmələrin ən çox "axsadığı” sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır.

Bununla yanaşı, məlum olub ki, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra alacaq. Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklərin qüavəyə minməsi ilə bağlı prezidentin fərmanında bu məsələ 1.1.14-cü bənddə əksini tapıb. Həmin maddədə Nazirlər Kabinetinə tapşırılır ki, vergilərin geri qaytarılması, daha dəqiqi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Başqa sözlə, bu qaydalanın hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. «Bu qaydalar hazırlanıb qüvvəyə mindikdən sonra vətəndaşlar verginin qaytarılan hissəsini ala biləcəklər»-deyə nazirlikdən bildirilib. Qeyd edək ki, işlər qrafik üzrə getsə, yenilik apreldən qüvvəyə minəcək.
Bununla yanaşı, nazirlikdən bildirilib ki, həmin müddətə qədər edilən alqı-satqılar üçün də vergiləri geri almaq mümkün olacaq. Bunun üçün vətəndaşların kassa və digər çekləri saxlamaları tövsiyə olunur.


aia.azшаблоны для dle 11.2



536 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-01-2019
17-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}