Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Tarix: 29-11-2018, 16:15 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib


İqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-də səfərdə olub.

İqtisadiyyat Nazirliyindən aia.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti BƏƏ-nin Baş nazirinin müavini, Prezident işləri üzrə nazir Şeyx Mənsur bin Zayed Əl-Nahyan, iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mənsuri, eləcə də enerji və sənaye naziri Sühail Məhəmməd Fərəc əl Məzrui ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və BƏƏ arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin və həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün əlverişli imkanlar açdığı, Azərbaycanın BƏƏ ilə iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb. Qeyd edilib ki, 2017-ci ildə Azərbaycanın BƏƏ-dəki Səfirliyində ticarət nümayəndəsinin təyin olunması, Dubay şəhərinə təşkil edilmiş ixrac missiyası, habelə hər iki ölkədə baş tutan sərgilərdə qarşılıqlı iştirak ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrindəki əməkdaşlığa öz töhfəsini verməkdədir.


Müzakirələr zamanı investisiya qoyuluşu, sənaye, enerji, kənd təsərrüfatı və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi və Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi üçün böyük potensialın olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

BƏƏ-yə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Dubayda Azərbaycan Ticarət Evinin yaradılması işlərinin gedişi ilə tanış olub.

aia.azшаблоны для dle 11.2



579 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
14-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}