Mobil versiya
Azərbaycanda araq və siqaret satışı üçün lisenziyalar ləğv edildi
Tarix: 22-12-2015 | Saat: 11:56
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Azərbaycanda araq və siqaret satışı üçün lisenziyalar ləğv edildi
Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq.

Azərbaycanda tütün məmulatının və etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

Aia.az APA-ya istinadən xəbər verir ki bu Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.

İndiyə qədər tütün məmulatının, etil və alkoqollu içkilərin istehsalı, idxalı və satışı üçün ayrı-ayrılıqda 5500 manat dövlət rüsumu ödənilməklə Kənd Təsərrüfatı Nazirliyindən lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024