Mobil versiya
Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq
Tarix: 07-09-2018 | Saat: 15:53
Bölmə:İqtisadiyyat | çapa göndər

Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq


Bu ilin sonunadək Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ticarət evlərinin açılması Azərbaycan məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində keçirilən İxracatçılar Klubunun növbəti iclası Polşa və Qazaxıstanda açılması nəzərdə tutulan ticarət evlərinə həsr edilib.

Tədbirdə bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. Bu sərgilərdə şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s. nümayiş olunur. Bildirilib ki, ticarət və şərab evlərinin açılması Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, ixracın və istehsalın stimullaşdırılması istiqamətində əhəmiyyətli rol oynayır. Bu tədbirlərin davamı olaraq 2018-ci ilin sonunadək Polşa və Qazaxıstanda da ticarət evlərinin açılması nəzərdə tutulur.

Azərbaycanda İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov Azərbaycanın Polşa və Qazaxıstanda açılacaq ticarət evləri barədə ətraflı məlumat verib, sahibkarları bu sahədə fəallığa dəvət edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024