Mobil versiya
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilib
Tarix: 06-09-2018 | Saat: 15:45
Bölmə:İqtisadiyyat | çapa göndər

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilib


İqtisadiyyat naziri, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən aia.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, nəqliyyat sahələrində uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Prezidentinin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilmiş görüşlər və imzalanmış 17 sənəd əməkdaşlığın genişləndirilməsində xüsusilə önəmlidir. Nəqliyyat sahəsinin Azərbaycan-Rusiya əməkdaşlığının əhəmiyyətli istiqamətlərindən olduğunu qeyd edən Ş.Mustafayev dövlət başçılarının görüşündə də bu məsələnin diqqət mərkəzində olduğu bildirilib. Nazir səfər zamanı özündə beş yol xəritəsini əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın imzalandığını və sənədin nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi bölməsində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə tərəflərin qarşılıqlı əməkdaşlığının xüsusi qeyd edildiyini vurğulayıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə görülən işlər, o cümlədən nəqliyyat dəhlizi üzrə dəmir yolu xəttinin tikintisinə dair fikirlərini bölüşüb. Bildirilib ki, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisi hazırda davam edir. Şimal-Cənub nəqliyyat dəhlizinin əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayan iqtisadiyyat naziri nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını qeyd edərək, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini A.Mişarin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli layihələrdən olduğunu vurğulayıb, bu istiqamətdə dəmir yolu xəttinin tikintisinə dair işçi qrupunun yaradılması və digər məsələlərə dair fikirlərini bidirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024