Mobil versiya
Naxçıvan əhalisinin gəlirləri artmaqda davam edir
Tarix: 19-11-2015 | Saat: 15:53
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Komitə məlumat yaydı.

Naxçıvan Muxtar Respublikasında (MR) əhali gəlirlərinin artımı davam edir.

Aia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinin 2015-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatda deyilib.

“Cari ilin 10 ayında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 1 milyard 411 milyon 407 min manat, onun hər bir nəfərə düşən həcmi isə 2,5% yüksələrək 3195,4 manat təşkil edib.

2015-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 394 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5% artıb”, - deyə komitədən bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024