Mobil versiya
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
Tarix: 14-02-2018 | Saat: 16:50
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın xarici dövlət borcu açıqlanıb




01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsul`a (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilən kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilən qiymətli kağızlardan ibarətdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024