Mobil versiya
Zədələnmiş əskinasları harada dəyişməli? - VİDEO
Tarix: 25-10-2015 | Saat: 12:52
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Vətəndaşlarımız yararsız pulları neyləyəcəklərini bilmirlər.

Zədələnmiş pulu xərcləmək vətəndaşlar üçün müşkülə çevrilir. Kimdənsə belə pulu götürənlər dəyişmək əvəzinə yenə də diqqət çəkmədən başqasına ötürməyə çalışırlar.

Aia.az xəzərxəbər-ə istinadən xəbər verir ki, qanunvericiliyə görə belə pulların dəyişirilməsi üçün xüsusi qaydalar tətbiq edilir.

Mərkəzi Bank haqqında qanunun xüsusi bəndində deyilir ki, əskinasın səthinin 60 faizdən az olmayan hissəsi zədələnməyibsə pulun tam dəyəri vətəndaşa ödənilməlidir.

Bunun müəyyən etmək üçün hər pula uyğun 200 damadan ibarət cədvəldən istifadə olunur. Zədələnən pul cədvəlin üzərinə qoyulur və mövcud hissəsinin ətrafı qələmlə işarələnir. İşarələnmiş hissəsinin daxilində qalan tam damaların sayı ilə tam olmayan damaların sayının yarısı toplanılır, alınan damaların sayı 120-dən az olmadıqda əskinazın dəyəri tam ödənilir.

Belə əskinazları banklar və onların filialı şəxsiyyət vəsiqəsini təqdim etməklə dəyişdirməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024