Mobil versiya
“Apple” qırmızı rəngli “iPhone 7” buraxacaq
Tarix: 21-02-2017 | Saat: 16:39
Bölmə:İqtisadiyyat | çapa göndər

“Apple” qırmızı rəngli “iPhone 7” buraxacaq

"Apple” korporasiyası qırmızı rəngli "iPhone 7” təqdim edəcək. Təqdimat şirkətin mart ayında sərgisində baş tutacaq, bu barədə adı gizli saxlanılan mənbəyə istinadən Yaponiyanın "Mac Otakara” portalı məlumat yayıb.

Bu artıq son zamanlar "iPhone”nin yeni rənginə dair çıxan ikinci şayiədir. Şayiələrə görə, "iPhone 7” və "7 Plus”dan başqa, "Apple” 128 giqabayt yaddaşı olan qırmızı rəngli "iPhone SE”-də buraxacaq.

AİA.az bu barədə lenta.ru-ya istinadən xəbər verir.

Mənbə həmçinin iddia edir ki, sərgidə yeni "iPad” planşet kompüterlərinin təqdimatı da baş tutacaq. Bundan başqa, 7,9, 9,7 və 12,9 düym diaqonallı "iPad”lərin yenilənməsi ilə yanaşı, şirkət 10,5 düym diaqonallı "çərçivəsiz” planşetlər də təqdim edəcək.

Ekranın kənarlarında çərçivənin olmaması onun ölçülərinin adi iPad Pro 9,7-nin ölçülərinə müvafiq olacaq. Planşetlərin tədarükünə 2017-ci ilin may ayında başlana bilər.

iPad Pro-nun son nəsli 2016-cı ilin aprelində anons edilmişdi. Planşet şirkətin 256 gb yaddaşı olan ilk qurğusu oldu.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024