Mobil versiya
Azərbaycanda dördüncü mobil operator fəaliyyətə başlayacaq
Tarix: 23-09-2015 | Saat: 15:41
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər



“Delta-Telecom LTD” şirkətindəki məlumatlı mənbədən daxil olan informasiyaya əsasən Azərbaycanın əsas telekom operatoru respublikanın bütün ərazisini tamamilə əhatə edən 4G “TDD-LTE advanced” mobil rabitə şəbəkəsini qurmağa hazırlaşır

“Delta Telecom LTD ” MMM “Alcatel-Lucent”, “Ericson” və digər istehsalçı şirkətlərlə 2.4 GHZ diapozonunda respublikanın bütün ərazisini əhatə edən 4G şəbəkəsini ilin sonunadək qurmağı planlayır.

Hal-hazırda respublikanın bütün ərazisini əhatə edən geniş İP-MPLS fiber-optik şəbəkələrinə malik olan şirkət, əhaliyə göstərilən mobil rabitə xidmətlərinin keyfiyyətini artırmaq üçün “Telekom-İnvest” şirkəti ilə birlikdə 4-cü mobil rabitə operatoru olaraq fəaliyyətə başlayacaq.

“Delta-Telecom LTD” şirkətinin rəhbərliyi ilə telefon əlaqəsi zamanı məlumatı təsdiq etsələr də, 4-cü mobil rabitə operatorunun fəaliyyətə başlaması barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəklərini bildirdilər.

Xatırladırıq ki, hazırda Azərbaycanın mobil rabitə bazarında üç operator - Azercell, Bakcell və Nar Mobile fəaliyyət göstərir.(ölkə.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə