Mobil versiya
Rusiyalı deputatlar yenidən koronavirus testindən keçəcəklər
Tarix: 09-04-2020 | Saat: 21:09
Bölmə:Siyasət | çapa göndər

Rusiyalı deputatlar yenidən koronavirus testindən keçəcəklər






Rusiya Dövlət Dumasının deputatları yenidən koronavirus testindən keçəcəklər.

Aia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, millət vəkillərindən testlər növbəti həftə Dumanın plenar iclasından əvvəl götürüləcək. Bu barədə “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov bildirib.

“Dövlət Duması növbəti həftə 2 dəfə toplaşacaq. Deputatlar hamısı öz hesablarına analiz verəcəklər və sağlamlıq haqqında arayışla gələcəklər”.

Onun sözlərinə görə, plenar iclasın keçiriləcəyi zalda kondinsioner və ventilyasiya sistemi işə salınmayacaq.

Xatırladaq ki, rusiyalı deputatlar martın sonunda da Covid-19 testindən keçmişdilər.

Plenar iclas 14-17 aprel tarixlərində keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024