Mobil versiya
Azərbaycanda icazə SMS-ləri ilə bağlı XƏBƏRDARLIQ
Tarix: 09-04-2020 | Saat: 21:08
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda icazə SMS-ləri ilə bağlı XƏBƏRDARLIQ




Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir.

Aia.Az xəbər verir ki, bu barədə "ASAN Xidmət" məlumat yayıb:

"Belə ki, bəzi vətəndaşların sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

Bir daha xatırladırıq ki, "3" kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qadağan olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024