Mobil versiya
Avropa Parlamentinin binaları koronavirus xəstələrinə veriləcək
Tarix: 09-04-2020 | Saat: 16:53
Bölmə:Dünya | çapa göndər

Avropa Parlamentinin binaları koronavirus xəstələrinə veriləcək







Avropa Parlamenti koronavirus xəstələrinə və ehtiyacı olanlara kömək etmək üçün bir sıra binalarını təhvil verəcək.

Aia.az “Euronews”a istinadən xəbər verir ki, Strasburqda və Brüsseldə yerləşən iki bina artıq yerli hakimiyyətlərə təhvil verilib.

Avrop Parlamentinin sədri David Sassoli açıqlamasında bunun müvəqqəti tədbir olduğunu bildirib: “Bu ciddi sanitar-epidemioloji vəziyyət zamanı binalarımızdan birini evsiz və müdafiəsiz qalan insanların ixtiyarına vermək qərarına gəldik”.

Brüssel binasının daimi yaşayış yeri olmayan və evlərinə qayıda bilməyən xəstələr üçün istifadəyə veriləcəyi bildirilib. Strasburq binasında isə koronavirus xəstələrinin müalicəsi üçün tibbi mərkəzin açılacağı qeyd olunub.

Qeyd edək ki, mart ayının ortalarından etibarən Avropa Parlamentinin deputatları koronavirusun yayılması səbəbilə distant iş rejiminə keçiblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024