Mobil versiya
Əli Mirzəyev: “Azərbaycan hökuməti vaxtında önləyici tədbirlər həyata keçirmişdir”
Tarix: 09-04-2020 | Saat: 16:25
Bölmə:Ölkə | çapa göndər

Əli Mirzəyev: “Azərbaycan hökuməti vaxtında önləyici tədbirlər həyata keçirmişdir”





Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru ölkədə yaranmış vəziyyətlə bağlı əməkdaşımızın suallarını cavablandırmışdır.

- Əli müəllim, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?
- Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti vaxtında önləyici tədbirlər həyata keçirmiş və bunun sayəsində ölkəmizdə epidemiyanın təsirləri minimuma endirilmişdir. Dövlət tərəfindən irəli sürülən və əhali tərəfindən dəstəklənən “Evdə qal” kampaniyasına ciddi əməl olunur. Lakin sakinlər arasında hələ də bu məsələnin ciddiliyini anlamayanlar vardır.
- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz? - Prezident Administrasiyasında yeni yaradılmış şöbənin hakimiyyət və vətəndaş cəmiyyəti arasında sağlam dialoqun, qarşılıqlı anlaşmanın inkişafına şərait yaradacağına əminəm.
- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz?Qanunvericilik h akimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?
- Güman edirəm yeni formalaşmış Milli Məclis və onun rəhbər heyəti ölkədə qanunvericilik bazasının təkmilləşdirilməsinə yardım edəcəkdir.
- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?
- Sumqayıt Sənaye Parkında qısa zamanda yaradılmış müəssisə istər müasir dövrdə, istərsə də gələcəkdə xalqın təcrid vasitələrinə təlabatını tam ödəyəcəkdir. Prezidentin ahıl insanların azadlıga buraxılması barədə çox humanist qərarını yüksək qiymətləndirirəm.

Zaur Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024